Hər il olduğu kimi, bu il də Dell Technologies və Abris Distribution ilə birgə təşkil etdiyimiz “Innovation in Action” tədbirində müxtəlif sektorlardan olan müştərilərimizi bir araya gətirdik.
Tədbirdə əsas diqqət müasir biznes mühitində İT infrastrukturunun inkişafına, məhsuldarlığın artırılmasına və korporativ məlumatların effektiv idarə olunmasına yönəlmiş texnoloji həllərə ayrıldı.
Təqdimatlar çərçivəsində Dell Pro Client Devices cihazlarının biznes məhsuldarlığına yönəlmiş xüsusiyyətləri, Dell PowerStore platformasının məlumatların saxlanması və İT infrastrukturunun optimallaşdırılması sahəsində təqdim etdiyi imkanlar, eləcə də Dell AI həllərinin biznes proseslərində süni intellektin tətbiqinə yaratdığı imkanlar nəzərdən keçirildi.
Texnoloji təqdimatlarla yanaşı, müştərilərimizin gündəlik fəaliyyətlərində qarşılaşdıqları İT çağırışlarını, aktual ehtiyaclarını və mümkün həll yollarını müzakirə etdik. Fərqli sektorlardan olan iştirakçılarla aparılan fikir mübadiləsi bu mövzulara müxtəlif biznes perspektivlərindən yanaşmağa imkan verdi.
Tədbirin təşkilində əməyi olan Dell Technologies və ABRIS Distribution komandalarına, dəyərli təqdimatlarına görə spikerlərə və dəvətimizi qəbul edən bütün müştərilərimizə təşəkkür edirik.
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ